Get Mystery Box with random crypto!

Dünəndən bəri İraqda davam edən nümayişlərlə bağlı çıxış edən | Şərqə Baxış

Dünəndən bəri İraqda davam edən nümayişlərlə bağlı çıxış edən Müqtəda əl-Sədr tərəfdarlarını çox sərt tənqid edib. “Batsın belə inqilabınız” deyə açıqlama verən Müqtəda tərəfdarlarına nümayişləri dərhal sonlandırmaq üçün bir saat vaxt verib. Çıxışının sonunda əl-Sədr İraq baş naziri, təhlükəsizlik qüvvələri və Həşdi Şabi milislərinə təşəkkür edib. Çıxışından sonra Sədr tərəfdarları hökumət binaları və meydanlardan çəkilməyə başlayıb.

Deyə bilərik ki, Müqtəda bir gün ərzində əvvəlcə ciddi böhran yaradıb, daha sonra böhranı həll edən mötədil qəhrəman fiqur kimi ortaya çıxaraq klassik bir siyasi oyun oynadı. Bu gedişlə o, İraq dövlət aparatını sadəcə bir neçə saat ərzində iflic edə bilmək gücünün olduğunu da göstərdi. Müqtədanın hər dəfəsində əl yüksəldərək oynadığı oyunun sonunun nəyə hesablandığını isə anlamaq elə də çətin deyil: Sədr hərəkatı İraq siyasətinin mərkəzinə yerləşmədən ölkədə stabilliyin mümkün olmadığını göstərmək.

@serqebaxis