Get Mystery Box with random crypto!

Əlcəzairə 3 günlük səfəri çərçivəsində Fransa prezidenti Makro | Şərqə Baxış

Əlcəzairə 3 günlük səfəri çərçivəsində Fransa prezidenti Makron iki açıqlaması ilə gündəmə gəlib.

İlk olaraq, Makron Türkiyə, Çin və Rusiyanı Afrikada anti-fransız kampaniyası aparmaqda günahlandıraraq, bu ölkələri Fransanın Afrikadakı imicini pozmağa çalışmaqda ittiham edib. Fransa prezidenti hər üç ölkənin Afrikada neo-müstəmləkəçi və imperialist məqsədlərinin olduğunu bildirib. Makronun açıqlamasına sərt reaksiya verən Türkiyə XİN Fransa prezidentini başqalarını günahlandırmaq yerinə, Afrikadakı etirazların səbəblərini ölkəsinin qitədəki müstəmləkəçi keçmişində axtarmağa çağırıb.

Makronun Britaniya baş nazirliyinə əsas namizəd olan Liz Trassın “Makronun Britaniyanın müttəfiqi yoxsa düşmən olduğu məlum deyil” sözlərinə cavabı da diqqət çəkib. Makron deyib ki, “liberal olmayan və avtoritar ölkələrin getdikcə artdığı bir dünyada Fransa və Britaniya müttəfiq yoxsa düşmən olduğunu müəyyənləşdirə bilmirsə, deməli biz çox ciddi problemlər doğru gedirik. Biz Britaniyanı müttəfiq və xalqını dost olaraq görürük. Baxmayaraq ki, Britaniya liderləri publikaya oynamağa çalışarkən bır sıra “kiçik” səhvlərə yol verirlər.”

Afrikaya ciddi maraq göstərən önəmli ölkələrin sayının artmasını və Britaniya ilə münasibətləri Makronun ikinci pezidentlik dövrünün başlıca xarici siyasət problemləri hesab etmək olar. Düşünürəm ki, növbəti 5 il Fransanın xarici siyasəti üçün xeyli sancılı keçəcək. Makronu isə ölkəsini belə bir fırtınalı dənizdən sağ-salamat çıxara biləcək kapitan hesab etmirəm…

@serqebaxis